1150
09:55
01 İyun 2019

Elton Nazpəriyə qarşı çıxdı - QALMAQAL DÜŞDÜ

Xalq artisti Nazpəri Dostəliyevanın söylədiyi “Metro və avtobus sənətçilər üçün deyil” sözləri qalmaqala səbəb olub.

Lent.az -ın məlumatına görə, onun bu sözlərinə müğənni həmkarı Elton Hüseynəliyev münasibət bildirib: “Nazpəri Dostəliyeva siz çox səhv və mənasız fikir irəli sürmüsünüz, təəssüf... Sənətkarın sənəti zirvədə olmalıdır, evinin damı, maşınının qiyməti yox. Siz deyəsən, toylara getdiyiniz ilk vaxtları unutmusunuz – həyat budur”.

Qeyd edək ki, N.Dostəliyeva açıqlamasında bu sözləri demişdi: “Sənət adamlarını metroda, avtobusda görmək möcüzə kimi gəlirdi. Əslində, belə lazımdır. Çünki metro, avtobus sənət adamları üçün deyil. Aparıcısan, metroda, avtobusda rahat gedə bilərsənmi? Hər gün işdə çəkdiyimiz əzablar, üstəgəl də bunlar. Düz yol gedirəm, kimsə “Nazpəri keçdi” deyir, mənim üçün xoşbəxtlikdir. Avtobusda, metroda hamıyla şəkil çəkdirməlisən. Bəzən narazılıqlar yaranır ki, niyə mənimlə foto çəkdirmirsən? Bəzən kobud da davranırlar. Bunlar sevgidəndir”.