Asiyada vahid valyuta - Azərbaycana təsiri
31 may 2019 17:22 (UTC +04:00)

Asiyada vahid valyuta - Azərbaycana təsiri

Malayziyanın baş naziri Mahathir Məhəmməd Yaponiyada iqtisadi forum zamanı Asiya ölkələrinin vahid valyuta yaratmasının vacibliyini bir daha önə çəkib.   

Onun sözlərinə görə, əgər Asiya ölkələri daha sıx birləşmək istəyirsə, ümumi ticarət valyutası yaratmalıdır.

Asiya ölkələrinin vahid valyuta yaratması nə dərəcədə realdır?

Belə bir valyutanın yaradılacağı təqdirdə bunun Azərbaycana nə kimi təsirləri ola bilər?

 

Mövzu ilə bağlı Lent.az-a açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramlı bildirib ki, bu məsələ ilə bağlı uzun müddətdir müzakirələr gedir.

 

Onun sözlərinə görə, Qazaxıstan prezidenti hətta dünyanın vahid valyutasının yaradılması ilə bağlı təkliflə çıxış etmişdi:

“Fəxri regionların, ümumiyyətlə birliklərin vahid valyutasının yaranması məsələsi zaman-zaman müzakirə olunub. Lakin indiyə kimi yalnız avrozonaya daxil olan ölkələr vahid valyuta ilə bağlı fikirlərini reallaşdıra biliblər. Asiya ölkələrinin, istər Afrika ölkələrinin vahid valyuta məsələsi gündəmə gəlsə də, reallaşmır. Məsələnin əsas səbəbi birinci onunla bağlıdır ki, birinci bu ölkələrin iqtisadi vəziyyətləri arasında fərq kifayət qədər böyükdür. Vahid valyuta yaradılarkən ölkələrin ən azı makroiqtisadi göstəricilərinin eyni olması, məşğulluq, infilyasiya səviyyəsinin araşdırılmasına ehtiyac var”.

 

V.Bayramlı qeyd edib ki, Asiya ölkələrinin  praktik olaraq fərqli makroiqtisadi göstəricilərə malik olması üçün vahid valyuta məsələsinin reallaşması  çətindir. Obildirib ki, vahid valyuta yaradılması həmçinin, bu ölkələrin inteqrasiyasını tələb edir: “Asiya ölkələri fərqli səbəblər üzündən inteqrsiya olmayıblar. Vahid valyutadan öncə vahid iqtisadi məkanın, yaxud da vahid bazarın formalaşmasına ehtiyac var. Vahid bazar formalaşmadığı üçün vahid valyutanın yaradılması xeyli məhduddur. Vahid valuyta yaradılması, həm də siyasi qərardır. Siyasi qərar olduğu üçün heç kəs belə bir valyutanın yaradılmasında maraqlı deyil. Yəni güman etmirəm ki, yaxın vaxtlarda Asiyanın vahid valyutasını yaratmaq mümkün olsun”.

 

İqtisadçı bildirib ki, Asiyanın valyutası yaradılsa belə, Azərbaycan iqsadyyatına birbaşa təsirləri olmayacaq: “Sözügedən ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi böyük deyil. Azərbaycanın ticarət dövriyyəsinin 40 faizindən çoxu Avropa Birliyinin payına düşür. İxracatımızın 60 faizə yaxınını Avropa Birliyi təşkil edir. Bu baxımdan vahid valyutanın yaradılması bizim xarici ticarət dövriyyəmizə təsir göstərməyəcək. Vahid valyuta yaradılsa belə, həmin ölkələrdən olan ticarət dövriyyəmizdə olan dəyişkliyin baş verəcəyi gözlənilmir”.

# 1679
avatar

Aygün İbrahimli

Oxşar yazılar