<b>Afaq Bəşirqızıdan <span style="color:red;">GÖZLƏNİLƏN ADDIM  - <span style="color:red;">"Toya bir gün qalmış"</b>
23 may 2019 12:41 (UTC +04:00)

Afaq Bəşirqızıdan GÖZLƏNİLƏN ADDIM - "Toya bir gün qalmış"

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Ramazan bayramı münasibətilə iyunun 5-də Qəbələdə qastrol səfərində olacaq.

 

Lent.az bildirir ki, bu barədə Mədəniyyət və İncəsənət Universitetinin professoru, Prezidentin fəxri təqaüdçüsü, Xalq artisti Afaq Bəşirqızı məlumat verib.

 

Teatr iyunun 5-də saat 19:00-da Qəbələ Konqress Mərkəzində sevimli aktrisamız Afaq Bəşirqızının iştirakı ilə Əli Səmədlinin “Toya bir gün qalmış” iki hissəli komediyasını nümayiş etdirəcək. 

 
Səhnə əsərində Afaq Bəşirqızı ilə yanaşı, teatrın aktyorları Əməkdar artist Ələkbər Əliyev, aktyorlar - Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Gülcahan Salamova, Əliməmməd Novruzov, Hüseyn Əlili, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Fərid Rzayev də çıxış edəcəklər. 
 
2015-ci ildən teatrın repertuarına daxil olan və hər dəfə uğurlu nümayişi ilə yaddaşlarda qalan bu tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov, baletmeysterləri Əməkdar artistlər - Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur. 
# 5987
avatar

Yalçın UĞUR

Oxşar yazılar