![[b]KONDİSİONER və QIZDIRICINI əvəz edəcək daşınan cihaz - FOTO[/b]](https://lent.az/storage/news/2019/may/21/big/235418ad941b33f8cc105f6d5285fb19.jpg)
[b]KONDİSİONER və QIZDIRICINI əvəz edəcək daşınan cihaz - FOTO[/b]
Kaliforniya Universitetinin mühəndisləri qışın soyuğuna və yayın istisinə qarşı qeyri-adi mübarizə üsulu fikirləşiblər.
Lent.az ictnews-a istinadən xəbər verir ki, mütəxəssislər vəziyyətdən asılı olaraq insanın dərisini isidən və ya soyudan daşınan cihaz hazırlayıblar.
Belə cihazı birbaşa geyimə quraşdırmaq mümkündür və onun istifadəsi kondisioner və qızdırıcıların işini minimum endirməklə elektrik enerjisi istehlakını xeyli azalda bilər.
Qurğunun prototipi insanın çiyninə bərkidilən sarğı şəklində işlənib hazırlanıb. Onun strukturuna daxil olan akkumulyator, sistem lövhəsi və termoelement elastikdir. Cihaz insan dərisini istifadəçi tərəfindən seçilmiş temperaturda isidib-soyutmaq imkanına malikdir.
Aparıcı mühəndis Renkun Çenin sözlərinə görə, cihaz qızdırıcı və kondisionerləri tamamilə əvəz etmir, lakin insanın özünü rahat hiss etdiyi temperatur diapazonunu xeyli genişləndirir.
Oxşar yazılar

Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi
6 iyul 2025 , 18:36
Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB
6 iyul 2025 , 18:35