
Hindistandan Türkiyəyə uçan təyyarə Tehranda təcili eniş edib
Yeni Dehlidən İstanbul istiqamətində uçan “Türkish Airline” Hava Yollarına məxsus təyyarə Tehranın Mehrabad hava limanında təcili eniş edib.
ONA-nın Tehran bürosunun məlumatına görə, bunu Mehrabad hava limanının rəhbəri Mirsəid Səfiniya deyib.
Onun sözlərinə görə, “Boinq 777” tipli təyyarənin eniş etməsinə səbəb yerli vaxtla saat 13:22 radələrində salonda olan bir sərnişinin vəziyyətinin pisləşməsi olub.
Təyyarə eniş etdikdən sonra, təcili yardım briqadası vaxtında xəstəyə müdaxilə etsə də, yaşlı sərnişin dünyasını dəyişib.
Təyyarənin digər sərnişinlərinin durumu yaxşıdır və qanuni prosedur bitdikdən sonra təyyarə yoluna davam edəcək.
Oxşar yazılar

Lotereyadan 6 milyon uddu, axtarışa verildi
9 iyul 2025 , 14:58
Bu gün gündüz 2 saniyə tez bitəcək
9 iyul 2025 , 14:29
13 nəfər bu səhvə görə İNTİHAR ETDİ
9 iyul 2025 , 12:46
COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur
9 iyul 2025 , 10:44
Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər
9 iyul 2025 , 03:25
Adana bələdiyyəsinin sədri həbs edildi
8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar
8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı
8 iyul 2025 , 18:03