BAXCP-dən Emin Millinin “Nifrətə qalib gələk” çağırışına dəstək
13 may 2019 15:43 (UTC +04:00)

BAXCP-dən Emin Millinin “Nifrətə qalib gələk” çağırışına dəstək

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyəti Meydan TV-nin keçmiş rəhbəri Emin Millinin “həyatının müxtəlif anlarında nifrət ifadə etdiyinə görə” üzr istəməsini təqdir etdiyini bildirib. 
 
Partiyadan Lent.az-a verilən açıqlamada bildirilib ki, İdarə Heyəti həmçinin eyni üslub sərgiləyən digərlərini də Emin Millidən nümunə götürməyə çağırıb.
 
Açıqlamada qeyd olunub ki, cəmiyyəti inkişafa aparan yol nifrətdən, aqressiyadan deyil, sağlam tənqiddən və təhlildən, diskussiya və dialoq mədəniyyətindən, qarşılıqlı hörmətdən keçir: 
 
“Hesab edirik ki, hazırda cəmiyyətin diqqəti ölkəmizdə həyata keçirilən islahatların dərinləşməsi prosesinin fəal müdafiə olunmasına və Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə
yönəldilməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1342

Oxşar yazılar