
Mədət Quliyev film təqdimatında - FOTO
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “Məxfi əsirlər” sənədli filminin təqdimatı keçirilib.
Lent.az axşam.az-a istinadən xəbər verir ki, DTX-nin yaradıcı heyəti tərəfindən istehsal olunmuş filmdə Azərbaycan xalqının İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasına verdiyi müstəsna töhfələrdən bəhs olunur. DTX-nin arxiv sənədləri və zəngin faktoloji materialları əsasında ərsəyə gələn filmdə, həmçinin Avropa müqavimət hərəkatında göstərdikləri xüsusi şücaətə görə vaxtilə Fransa və İtaliya hökumətləri və hərbi komandanlıqları tərəfindən “Vətənpərvərin sertifikatı” ilə təltif edilmiş azərbaycanlı partizanların döyüş yolundan bəhs olunur.
Tədbirdə DTX-nin rəisi, general-polkovnik Mədət Quliyev, dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, tanınmış mədəniyyət və incəsənət adamları, xarici ölkələrin səfirləri və Bakıda akkreditə olunan diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Filmin quruluşçu rejissoru və ssenari müəllifi Zəhra Quliyeva çıxışında bildirib ki, azərbaycanlılar döyüşkən ruha, əyilməz iradəyə və böyük əzmə malik, öz torpağını canı bahasına qorumağa hazır olan vətən övladları kimi hər zaman seçiliblər.
Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06