
Tanınmış müğənnimizin ölkədən çıxışına qadağa qoyuldu - SƏBƏB
Müğənni Mətanət Əsədovanın ölkədən çıxışına qadağa qoyulub.
Lent.az axşam.az-a istinadla xəbər verir ki, artıq bir neçə ildir sənətçinin ölkədən getmə hüququ tam məhdudlaşdırılıb.
Bildirilir ki, qoyulan qadağanın səbəbi sənətçinin banka olan avtomobil kredit borcu ilə əlaqədardır.
Belə ki, M.Əsədova öz adına kreditlə “Volksvagen” markalı avtomobil alıb. Daha sonra həmin avtomobillə qəza törədərək, onu yararsız vəziyyətə salıb. Uzun müddətdir banka borcu yığılan sənətçinin ölkədən çıxışına qadağa qoyulub.
Qeyd edək ki, müğənninin banka olan borcu təxminən 10 min manatdan yuxarıdır.
Həmçinin qeyd edək ki, M.Əsədovanın avtomobillərlə bağlı mətbuata verdiyi açıqlama da var. Sənətçi müsahibələrin birində demişdi ki, səsinin gözəlliyinə görə indiyədək ona 17 avtomobil hədiyyə olunub:
“Sağ olsun, mənim dəyərli, əxlaqlı dostlarım, xanım rəfiqələrim. Oxumuşam, o qədər səsimdən həzz alıblar ki, mənə avtomobil hədiyyə ediblər. Tək avtomobil yox, nələr-nələr bağışlayıblar”.
Oxşar yazılar

İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO
3 iyul 2025 , 12:03
Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
2 iyul 2025 , 16:39
Bu məşhurlar Bakıya gələ bilməyəcək - Siyahı
2 iyul 2025 , 12:34
"Məndən əvvəl başqa qız olduğunu bildim" - 29 yaşlı model Yamalla münasibətindən DANIŞDI
2 iyul 2025 , 11:08
Günay İbrahimlinin daha bir SİRRİ açıldı
2 iyul 2025 , 09:35