
Azərbaycan "Neft Daşları"dan 190 mln. tondan çox neft hasil edib
SOCAR 70 il ərzində əfsanəvi "Neft Daşları" dəniz neft yatağından 190 mln. tondan çox neft hasil edib.
SOCAR-dan ONA-ya verilən məlumata görə, hesabat dövründə yataqdan 14 mlrd. kubmetr qaz hasil edilib.
Bundan başqa, 70 il ərzində "Neft Daşları"nda 2 250 çox quyu qazılıb və istifadəyə verilib.
"Neft Daşları" dünyada ilk neft platformasıdır. "Neft Daşları" şəhər tipli qəsəbədir və Bakının Pirallahı rayonunun ərazisinə daxildir. Xəzər dənizi səthindən azca görünən "Qara qayaların" ətrafında tikilib. Abşeron yarımadasından 42 km cənub-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadalar üzərində dəniz səthindən bir neçə metr hündürlükdə inşa edilib.
"Neft Daşları"nın adı ən birinci dəniz neft platforması kimi Ginnesin Rekordlar Kitabına düşüb.
1949-cu il fevralın 25-də Azərbaycan neftçiləri dünyada ilk dəfə olaraq, dənizin dibindən sənaye məqsədilə karbohidrogenləri əldə etməklə öz tarixində yeni səhifə açdılar. Həmin gün "Neft Daşları" yatağının 1 939 metr dərinliyindən Xəzər nefti fəvvarə vurub.
Oxşar yazılar

"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44
“Nizami City”də əla fürsət! Tam təmirli mənzillər satışda! - Foto
30 iyun 2025 , 10:30
Bakının bu rayonunda qaz olmayacaq
30 iyun 2025 , 10:24
Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən “FINTEX SUMMIT 2025” başa çatdı
25 iyun 2025 , 16:24
"Kristal" Biləcəridə yeni mənzilləri satışa təqdim etdi - 2 otaq studiya mənzillər
25 iyun 2025 , 16:00