![[b]<span style="color:red;">"Çox dəhşətdir" - Rövşanədən həkimlərə sərt sözlər[/b]](https://lent.az/storage/news/2019/may/05/big/43d91bde632ed966b9daba43c910d230.png)
[b]"Çox dəhşətdir" - Rövşanədən həkimlərə sərt sözlər[/b]
"İnsanlıq həkimdə vacibdir. Bəzən o qədər soyuqqanlı həkimlə qarşılaşırıq ki, bütün ümidimizi itiririk".
Bu sözləri Rövşanə Ağasəfqızı özünün aparıcısı olduğu "Düz bazar" verilişində deyib. Bəzi həkimlərin qeyri-peşəkarlığından danışan aparıcı onlara səslənib:
"Üzümü tutub onlara deyirəm ki, insanlığı itirməyin. Kimsə başına nə gələcəyini bilmir. Sağlam insan buradan çıxa bilər, başına nə gələcəyindən xəbərsizdir. Amma həkimin pasientə soyuqqanlı, bir əşya və ya pul, gəlir mənbəyi kimi yanaşması ilə mən də rastlaşmışam. Mənə olmasa da, ətrafımdakılara olub.
Çox dəhşətdir. Həkimlərin xəstəyə insanlıqdan uzaq yanaşması narahatlıq yaradır. Belə həkimin yanına getməsinlər. Cavan həkimlər gedib xaricdə təcrübə keçirlər. "Diplom aldım, atdım, atam-anam işə düzəldəcək, pul qazanacam" deməyənlər də var.
Bəzən elə dərmanlar yazırlar ki, səhhətimiz irəli yox, geri gedir. Gedib həkimin üstünə düşmürük, başqasına gedirik. Amma deməliyik ki, ay həkim, sənin yazdığın dərman mənim qaraciyərimə, böyrəyimə ziyan vurdu. Həkim çıxıb özünü reklam edəcək, pasientin də beli qırılacaq.
Göz həkimi var ki, əvvəl efirə çıxmaq üçün az qalırdı növbə gözləyirdilər. Bu gün qapısında 200-300 pasient dayanır, telefona cavab vermirlər. Başa düşə bilmirəm ki, bunlar biznesmendi, həkimdi, yoxsa ciblərini doldurmaq üçün çalışanlardı. Bir göz həkimi ilə belə bir hadisə başıma gəlib. Zaman var idi efirimdən düşmürdü.
Soyuqqanlı, insanlıqdan uzaq həkimlər, ola bilər savadlıdır. Amma pasientlə münasibət yaxşı olmalıdır. Xəstə həkimi sevməlidir".
(axşam.az)
Oxşar yazılar

Miri Yusifə ağır itki
1 iyul 2025 , 10:29
Maykl Ceksonla bağlı daha bir sirr açıldı
30 iyun 2025 , 14:58
Ad-soyadlarını yanlış tələffüz etdiyiniz 8 ULDUZ
30 iyun 2025 , 13:45
Aşiq cütlük yenə də hamını heyran etdi
30 iyun 2025 , 11:15
Bred Pittdən ETİRAF: Messiyə heyrandır, amma futbolu sevmir
29 iyun 2025 , 09:55
Triş Kristakis – bəşər tarixinin ən seksual idman müxbiri -FOTOLENT
28 iyun 2025 , 12:10
Memar sevgilisi ilə barışan aktrisanın dənizdə romantik anları
27 iyun 2025 , 12:42
Mustafa Sandala məhkəmədən PİS XƏBƏR
27 iyun 2025 , 10:34