
Filmlərimiz "Varəş" beynəlxalq film festivalında

“Varəş” (Yağış) beynəlxalq film festivalında azərbaycanlı rejissorların təqdim etdiyi filmlər tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
ONA-nın Tehran bürosunun məlumatına görə, festival beş gün müddətinə İranın Mazandaran əyalətinin Babil, Ramsər və Sari şəhərlərində nümayiş olunub.
Bu ilki festivalda xüsusi olaraq "Azərbaycanın sosioloji və antropoloji mövzuda olan filmləri" Xəzəryanı ölkələrin rejissorlarının antropoloji mövzuda filmləri ilə tanışlıq məqsədilə nümayiş olunub.
Beş gün davam edən festivalda Azərbaycandan Emin Mirbalayevin rejissorluq etdiyi "Azerbaijan mugham" , Şamil Əliyevin rejissorluq etdiyi "Azerbaijan carpet", Zəhra Mirrzazadənin rejissorluq etdiyi "winged miracle" və Şamil Nəcəfzadənin "Azerbaijan cuisine" filmləri nümayiş olunub.
İranın İslam İrşad və Mədəniyyət Nazirliyinin Mazandaran əyaləti üzrə idarəsinin baş direktoru Mahmud Şaluyi festivalın bağlanış mərasimində ONA-ya açıqlamasında Azərbaycanlı rejissorların əsərlərini tərifləyib və deyib ki, tamaşaçıların böyük əksəriyyəti Azərbaycan filmlərini böyük rəğbətlə qarşıladı. “Azərbaycan filmlərinin bu festivalda nümayiş etdirilməsi bizi sevindirdi. Azərbaycan İranla oxşar mədəniyyətə sahib olduğu üçün gələcək festivallarda daha aktiv iştirak edə bilər.”

Oxşar yazılar

Muzey və sərgi salonları açılır
25 yanvar 2021 , 04:52
Dünyanı özünəməxsus baxışı ilə heyrətləndirən rəssam
24 yanvar 2021 , 11:08
Prezident Xalq artisti Eldar Quliyevi təbrik etdi
23 yanvar 2021 , 21:42
Eldar Quliyev "İstiqlal" ordeni ilə təltif olundu
23 yanvar 2021 , 21:38
Yaşadığını hiss etdirmək üçün... - Vahid Mustafayev yazır
23 yanvar 2021 , 17:09
Yol çəkirdilər qiymətli tarixi abidələr aşkarladılar - FOTO
23 yanvar 2021 , 04:10
Unudulan zurna, Venesiyada nəzarətçiləri yoran Aygün Səmədzadə - "Bir dəfə uzaqlarda"
22 yanvar 2021 , 18:49
Xanın kasıb nəvəsi: “Ora dəvət olunanda qorxdum”... 77 yaşlı sənətkarın həyat HEKAYƏTİ
22 yanvar 2021 , 11:19