![[b]İki teatra “akademik” statusu verildi - QƏRAR[/b]](https://lent.az/storage/news/2019/may/01/big/1c3da38b495476eb4c2dc397597381a1.jpg)
[b]İki teatra “akademik” statusu verildi - QƏRAR[/b]
0
0
Nazirlər Kabineti Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında qərar qəbul edib.
ONA-nın xəbərinə görə, qərara əsasən, “Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 mart tarixli 1012 nömrəli Sərəncamının 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilib.
Mədəniyyət Nazirliyi Maliyyə Nazirliyi ilə birlikdə qərardan irəli gələn məsələləri həll etməlidir.
0
0