<b>Səidə Sultan tənqidi status yazdı: <span style="color:red;">"Siz kimsiniz?" </b>
29 aprel 2019 11:09 (UTC +04:00)

Səidə Sultan tənqidi status yazdı: "Siz kimsiniz?"

“Biz o qədər harınlamışıq ki, bir insan həyatına dırnaqarası baxıb, asanlıqla yıxıb, ictimai qınağa, özünəqəsd etmək dərəcələrinə çatdırırıq. Niyə? Çünki biz qanunlarımızı bilmirik”.

 

Lent.az-ın məlumatına görə, bu sözləri müğənni Səidə Sultan sosial şəbəkədə yazıb.

 

O şou-biznes ulduzlarının şəxsi həyatlarının efirdə müzakirə olunmasını tənqid edib:

“Heç kəsin ixtiyarı deyil kiməsə bildi ya bilmədi çıxsın, ağzına gələni desin! Bəlkə elə mənim qohumum ya hər hansı kimsə məndən yanıqlıdır, mən neyləyim?

Bu, o deməkdir ki, həmin gözügötürməyənləri, paxıllığını çəkənləri, sənin pisliyini istəyənləri, işgüzar nüfuzuna xələr gətirənləri asanlıqla efirə buraxmalıyıq? Buna görə qanunla həmin pisliyi edən şəxslər də, efirdə şərait yaradanlar da məsuliyyət daşıyır. Tək müğənnilərdən söhbət getmir. Bəzi “qurddanquşluq” eləyənlərə bu sərf etmir! Axı, siz insanın ayıbını açmaq üçün ölürsünüz!

Allah ayıbları örtəndi! Siz kimsiniz? Bilin ki, etdiyiniz pisliklər gec-tez sizə qayıdacaq. Allah da sizin ayıbınızı çox pis açacaq! Heç kəs özünü mələk hiss etməsin! Çünki heç kəs süddən çıxmış ağ qaşıq deyil. Əziz azərbaycanlılar, biz öz hüquqlarımızı bilsək, bizə heç kəs bata bilməz”.

 

# 865
avatar

Yalçın UĞUR

Oxşar yazılar