
"Formula 1"-lə əlaqədar paytaxtın 4-5 ulduzlu hotellərinin 95%-i dolub
Bakıda keçirilən "Formula 1" yarışları ilə əlaqədar olaraq paytaxtın 4-5 ulduzlu hotellər 95% dolub.
ONA xəbər verir ki, DAİR Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətin Sədri Samir Dübəndi qeyd edib ki, Bakıda keçirilən "Formula 1" yarışları ilə əlaqədər olaraq paytaxtın mərkəzində olan 4-5 ulduzların əksəriyyəti doludur.
Onun sözlərinə görə, "Formula 1" yarışlarına baxmağa gələn əcnəbilərin əksəriyyəti mərkəzdə yerləşən hotellərə üstünlük verirlər.
Samir Dübəndi bildirib ki, paytaxtımızda keçirilən beynəlxalq yarışlar zamanı hotellərə tələb böyük olduğundan, qiymətlərdə də artım müşahidə olunur. Assosiasiya rəhbərinin sözlərinə görə, beynəlxalq yarışlar zamanı hotellərin qiymətləri artırması tendensiyası bütün dünya ölkələrində müşahidə olunur.
"Formula 1" zamanı Azərbaycana gələn turistlər qısamüddətli gəldikləri üçün ölkənin bölgələrinə səfər etmirlər. Həmçinin beynəlxalq tədbirlər zamanı ölkəmizə gələn turistlərin bölgələrə səfər etməməsinin digər bir səbəbi yerli turizm şirkətlərimizin xüsusi turizm marşrutları təklif etməməsidir – deyə Samir Dübəndi qeyd edib.
Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06