![[b]Pensiyalarla bağlı 5 illik plan: əhəmiyyətli irəliləyişlər...[/b]](https://lent.az/storage/news/2019/april/24/big/1d38432dde08306918535d9b42c17dec.jpg)
[b]Pensiyalarla bağlı 5 illik plan: əhəmiyyətli irəliləyişlər...[/b]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda pensiya sisteminin inkişafına dair 5 illik planın hazırlanmasına dair seminar keçirilir.
Nazirlikdən ONA-ya verilən məlumata görə, seminarda “PricewaterhouseCoopers” (PwC) şirkətinin Hollandiyadan dəvət edilmiş konsultantları da iştirak edir.
Seminarın açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov ölkədə sosial sahə ilə bağlı islahatlar proqramı, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar barədə məlumat verib.
Nazir müavini ötən dövrdə sosial təminat sisteminin gücləndirilməsi və həmçinin əhatə dairəsinin genişləndirilməsinin ölkədə aparılan sosial siyasətin əsas istiqamətlərindən olduğunu qeyd edib. O, həmin sistemin əsas komponentlərindən olan və respublika əhalisinin 13%-lik bir hissəsini, yəni 1,3 mln. vətəndaşı əhatə edən pensiya təminatında əhəmiyyətli irəliləyişlərə nail olunduğunu vurğulayıb. Bildirib ki, dövlət başçısının tapşırıqları əsasında aparılan islahatlar bir tərəfdən pensiya məbləğlərinin getdikcə artmasına, digər tərəfdən, bu sahədə idarəçilik və xidmətlərin innovativ əsasda qurulmasına imkan verib.
A. Kərimov cari ilin əvvəlindən ölkədə avtomatlaşdırılmış qaydada pensiya təyinatına başlandığını və bu formada proaktiv xidmətlərin sosial təminat sisteminin digər sahələri üzrə genişləndirilməsi işlərinin aparıldığını diqqətə çatdırıb.
Nazir müavini pensiya sistemində aparılacaq islahatlar, atılacaq addımlarla bağlı növbəti 5 illik dövr üçün planın da hazırlanmaqda olduğunu, bu sahədə beynəlxalq ekspertlərin də təklif və tövsiyələrinə önəm verildiyini qeyd edib.
O, eyni zamanda, PwC şirkətinin ekspertləri ilə bu mövzuda məsləhətləşmələrin əhəmiyyətli olacağına əminliyini ifadə edib.
Seminarın gündəliyinə Azərbaycanda mövcud pensiya sisteminin və ötən dövrdə aparılan pensiya islahatlarının, pensiya sisteminin gələcək inkişafı məsələlərinin müzakirəsi, hazırlanan yeni 5 illik planın əsas prioritetlərinin müəyyən olunması ilə bağlı məsləhətləşmələrin aparılması daxildir.
Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06