613
19:36
22 Aprel 2019

Dindarlarla dolu avtobus aşdı - Çox sayda ölən və yaralanan var

İranda dindarları daşıyan avtobusun aşması nəticəsində çoxlu sayda ölən və yaralananlar var
Lent.az gunaz.tv-yə istinadla xəbər verir ki, axşam saatlarında İranın Loristan vilayətində dindarları daşıyan avtobus yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində 6 nəfər ölüb, 44 nəfər yaralanıb. Avtobus dindarları ziyarət məqsədi ilə Cəmkəran məscidinə aparırmış.
Hələlik qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.