![[b]"Dialoqun davam etdirilməsini gözləyirik” - ABŞ səfiri[/b]](https://lent.az/storage/news/2019/april/20/big/1c22a2ffe74718f7c4658c385cbb1014.jpg)
[b]"Dialoqun davam etdirilməsini gözləyirik” - ABŞ səfiri[/b]
0
0
"Görüşün dəqiq vaxtı haqda məlumat yoxdur. Biz xarici işlər nazirlərinin Moskva görüşünü alqışlayırıq və görüşdən sonra səsləndirilən bəyanatdan məmnunluq duyuruq. Biz səbirsizliklə dialoqun davam etdirilməsini gözləyirik”.
ONA-nın xəbərinə görə, bunu Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda gözlənilən görüşünü şərh edərkən ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger bildirib. O qeyd edib ki, ABŞ ATƏT-in həmsədr ölkələrindən biridir: “ATƏT-in və həmsədrlərin məqsədi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli üçün münaqişə tərəflərini bir araya gətirməkdir.
Səfir bildirib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsiplərinə - güc tətbiq etməmək, ölkələrin ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etməsi prinsipləri əsasında həll olunmalıdır.
0
0