1542
12:08
19 Aprel 2019

Tanınmış müğənnimiz süni mayalanma etdirəcək - HƏKİMƏ MÜRACİƏT

Azərbaycanlı müğənni Kərim Abbasov süni mayalanma yolu ilə 2-ci dəfə ata olmaq istəyir. Lent.az -ın məlumatına görə, ifaçı bu barədə “Hər şey daxil” verilişində danışıb: “İlk övladım normal oldu. Amma növbəti dəfə ata olmaq istəyirəm, amma yoldaşımda bəzi ginekoloji problemlər oldu. İndi əkiz övladımın olmasını istəyirəm. Buna görə də həkimə müraciət etmək istəyirəm”.

Qeyd edək ki, K.Abbasovun müraciətinə verilişdə qonaq olan həkim müsbət yanaşıb və ona yardım edəcəyini deyib.