
Azərbaycanlı bəstəkar məşhur serialın saundtrekini yazıb - VİDEO
"Dəmir adam", "Sakit okean sahili", "Varkraft", "Titanların döyüşü" kimi hollivud blokbasterlərinin musiqisi Ramin Cavadiyə məxsusdur.
"Taxt oyunları" serialının izləyiciləri 44 yaşlı Cənubi Azərbaycan - Alman əsilli bəstəkarı yaxşı tanıyırlar. Çünki məşhur serialın bütün mövsümünün saundtrekləri ona məxsusdur. Axırıncı, 8-ci serianın saundtreki üzərində işləri Cavadi Santa-Monikadakı studiyasında tamamlamaq üzrədir. Musiqiçi öz təəssüratlarını bizimlə bölüşüb.
"Əvvəlcə mən ona adi tamaşaçı kimi baxdım, təsir altında müxtəlif hisslər keçirdim. İndi süjetə baxıb öz-özümə sual verirəm. Baş verənləri notlara necə köçürə bilərəm" deyə bəstəkar bildirib.
Cavadi Almaniyanın qərbində yerləşən Duysburq şəhərində doğulub. Atası Cənubi Azərbaycanlı, anası almandır. O, musiqi təhsilini Bostonun Berkli kollecində alıb. Onun istedadını "Karib dənizinin quldurları", "Qladiator", "Qaranlıq cəngavər" filmlərinə musiqi bəstələyən Oskarlı Hans Simmer aşkar edib. Məhz onun himayəsi Cavadinin karyera pillələrini daha sürətlə qalxmasına kömək edib. O, film və seriallara yüzdən çox saundtrek bəstələyib.
"Əgər filmin personajları mənə dərindən təsir edirsə, onda mən musiqini qəlbimlə bəstələyirəm. Orada mən hiss etdiklərimi tərənnüm edirəm. Bu emosional baxımdan çox ağırdı. Bəzən mən hər şeyi olduğu kimi saxlayıb başqa işlə məşğul oluram və yenidən bu işə davam edirəm. Fikirləşirəm ki, bu şou ilə vidalaşmaq mənə çətin olacaq" deyə Ramin Cavadi bildirib.
Final yaxındadır. "Taxt oyunları" serialının 8-ci mövsümü 14 apreldən HBO kanalında yayıma başlayır.
(Realtv.az)
Oxşar yazılar

İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23
Yuxunuzu qaçıracaq 5 QORXULU film - VİDEO
24 iyun 2025 , 15:55
Məhəlləmizdə heç vaxt özgə qızın üzünə baxmazdılar, qeyrət var idi - Çingiz Fərzəliyev
24 iyun 2025 , 15:40