![[b]Zaxarovadan Dağlıq Qarabağın hava məkanının beynəlxalq uçuşlar üçün açılması məsələsinə münasibət[/b]](https://lent.az/storage/news/2019/april/11/big/1f46ced0a34b7bddf9dd84221d1badfb.jpg)
[b]Zaxarovadan Dağlıq Qarabağın hava məkanının beynəlxalq uçuşlar üçün açılması məsələsinə münasibət[/b]
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində birgə humanitar layihələrin həyata keçirilməsi ilə bağlı təklifləri münaqişə tərəfləri qiymətləndirməlidir”.
ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Ermənistan KİV nümayəndəsinin Vyana görüşündən sonra Qarabağdakı qondarma rejim tərəfindən birgə humanitar layihələr çərçivəsində Dağlıq Qarabağın hava məkanının beynəlxalq uçuşlar üçün açılması və Sərsəng su anbarının birgə istifadəsinin mümkünlüyü təkliflərinə Rusiya XİN-in münasibəti ilə bağlı sualına M.Zaxarova belə cavab verib: "Hesab edirəm ki, bu və ya digər təklif və təşəbbüsləri ilk növbədə sözsüz ki, münaqişə tərəfləri qiymətləndirməlidir. Sonra isə bu və digər ölkənin və ya həmsədr ölkələrin iştirakına ehtiyac olarsa, bu məsələyə baxıla bilər. Hesab edirəm ki, bu və digər məsələlərə Moskvada keçiriləcək görüşdə baxılması üçün yaxşı imkan olacaq".
Oxşar yazılar

Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55