
Rəsmi Bakıdan Yaqlanda CAVAB
Azərbaycan Xarici İşlər Nazirliyiniun mətbuat katibi Leyla Abdullayeva Avropa Şurasının Baş katibinin Strasburqda Ermənistan Baş naziri ilə görüşdən sonra mətbuata verdiyi açıqlamasında Avropa Şurasının insan hüquqları üzrə Komissarına Dağlıq Qarabağa səfər hüququnun verilməsinin vacibliyi ilə bağlı fikirlərinə münasibıt bildirib.
L.Abdullayeva ONA-ya açıqlamasında bildirib ki, bu barədə Ermənistan KİV-də yayılmış məsələ nəzərdən keçirilib: "Avropa Şurasının Baş katibi T.Yaqland üzv ölkələrə “boz ərazilərə”, o cümlədən Dağlıq Qarabağa səfərlərlə bağlı siyasi qərarın qəbul edilməsini təklif edib.
Azərbaycanın sözügedən məsələ ilə bağlı mövqeyi aydındır və dəfələrlə müvafiq beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının diqqətinə çatdırılıb. Bu və ya digər şəxsi, o cümlədən beynəlxalq təşkilatın nümayəndəsini və ya əcnəbi dövlətin vətəndaşını beynəlxalq tanınmış sərhədləri çərçivəsində və yerli qanunvericiliyə uyğun olaraq öz ərazisinə buraxmaq hüququ suveren dövlətə aiddir".
Oxşar yazılar

İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23