![[b]MDB Xarici işlər nazirləri Moskvaya toplaşıb[/b]](https://lent.az/storage/news/2019/april/05/big/6b36ec0e39ff5f1893db222530ac12ae.jpg)
[b]MDB Xarici işlər nazirləri Moskvaya toplaşıb[/b]
Moskvada Müstəqil Dövlətlər Birliyi Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilir.
ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN-in Qəbullar Evində keçirilən iclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir. Hazırda nazirlər məhdud formatda görüş keçirlər. Daha sonra görüş geniş tərkibdə davam edəcək.
MDB ölkələri XİN başçılarının sammitində gündəliyə 10 məsələ çıxarılıb. Görüşdə beynəlxalq gündəmdə olan aktual məsələlər və təşkilat çərçivəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılacaq.
Bundan başqa nazirlər İkinci dünya müharibəsinin başlanmasının 80-ci ildönümü ilə bağlı MDB dövlət başçılarının bəyanat layihəsini və birlik ölkələri xarici siyasət idarələri arasında əməkdaşlığın aktivləşdirilməsi məsələsi müzakirə edəcəklər.
Nümayəndə heyətləri ilə birgə keçirilən geniş formatda görüşdə isə Böyük Vətən müharibəsi abidələrinin qorunub saxlanılmasının vacibliyinə dair məsələyə baxılacaq.
Oxşar yazılar

"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45