![[b]İlham Əliyevlə Nikol Paşinyanın görüşü başa çatdı - YENİLƏNİB[/b]](https://lent.az/storage/news/2019/march/29/big/b769f17be0869632e9b178fab10690b3.jpg)
[b]İlham Əliyevlə Nikol Paşinyanın görüşü başa çatdı - YENİLƏNİB[/b]
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən görüş başa çatıb.
ONA-nın məlumatına görə, görüş əvvəlcə Minsk qrupu həmsədrləri və hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə geniş tərkibdə, daha sonra təkbətək keçirilib və sonda yenidən geniş tərkibdə davam edib.
Ötən gün Vyanda isə ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub.
17:14
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü davam edir.
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın təkbətək görüşü olub.
Hazırda görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə davam edir.
17:02
Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında təkbətək görüş olub.
ONA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “twitter” səhifəsində yazıb. Daha sonra görüş həmsədrlər və hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə davam edib.
14:17
Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.
ONA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “twitter” səhifəsində yazıb.
Görüşdə hər iki ölkənin xarici işlər nazirləri də iştirak edir.
Qeyd edək ki, ötən gün Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə keçirilən görüşdə Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında bu gün keçiriləcək görüşdə toxunula biləcək məsələlər müzakirə olunub.
Oxşar yazılar

İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11