![[b]Eldar Sabiroğlunun oğlu əfv olundu[/b]](https://lent.az/storage/news/2019/march/16/big/a91b6e99cc293b92528048dcc09cada6.jpg)
[b]Eldar Sabiroğlunun oğlu əfv olundu[/b]
0
0
Rüşvət almaqda təqsirləndirilərək həbs olunan Rüfət Səfərov əfv olunub.
ONA xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamında onun da adı var.
Qeyd edək ki, 1981-ci il təvəllüdlü Rüfət Səfərov 2016-cı ildə məhkum edilib. R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilib.
O, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.
Qeyd edək ki, sərəncam 431 şəxsə şamil olunub.
0
0