![[b]Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edildi[/b]](https://lent.az/storage/news/2019/march/15/big/bc79c750f43dd12082379e07af0ba143.jpg)
[b]Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edildi[/b]
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası qərar verib. Lent.az azərtac-a istinadən həmin qərarı təqdim edir:
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:
1. İbrahim Seyfulla oğlu Abbasov və Kənan Elman oğlu Qəhrəmanov 2 saylı Şərur, Həmzə Şaban oğlu Qasımlı 7 saylı Ordubad–Culfa, Faiq Şıxəli oğlu Hacıyev 37 saylı Nizami birinci (Gəncə), Xatirə Kazım qızı Məhərrəmli 48 saylı Yevlax, Elçin Hüseyn oğlu Hüseynov 67 saylı Cəlilabad şəhər, İlkin Əbilağa oğlu Həsənov 76 saylı Lənkəran–Astara, Tural Məhərrəm oğlu Əliyev 98 saylı Şəmkir şəhər, Turan Telman oğlu Məmmədov 109 saylı Balakən seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.
2. Elvin Rəsul oğlu Əhmədov 2 saylı Şərur, Arzuman Rəşid oğlu Vəlibəyli 7 saylı Ordubad–Culfa, Adil Hacıəhməd oğlu Yusubov 15 saylı Yasamal birinci, Zülfiyyə Əli qızı Mahmudova 48 saylı Yevlax, Samir Səməndər oğlu Həmidov 58 saylı Hacıqabul–Kürdəmir, Pərvin İlham oğlu Məmmədli 65 saylı Saatlı–Sabirabad–Kürdəmir, Yusif Əhməd oğlu Hacıqasımov 67 saylı Cəlilabad şəhər, Fəxrəddin Şahbaz oğlu Hüseyn 76 saylı Lənkəran–Astara, Mahir Qasım oğlu Məmmədov 109 saylı Balakən, Elmir Məhərrəm oğlu Həmidov 117 saylı Oğuz–Qəbələ seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Oxşar yazılar

"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45