<b>Nazənin əməkdar artistin arxiv videosunu üzə çıxardı - <span style="color:red;">VİDEO</b>
28 fevral 2019 11:48 (UTC +04:00)

Nazənin əməkdar artistin arxiv videosunu üzə çıxardı - VİDEO

“Lider TV”-nin “Dostlar” verilişinin növbəti buraxılışı yayımlanıb. Lent.az-ın məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonaları əməkdar artistlər Cabir Abdullayev və Zakir Əliyev olublar.

 

Proqram zamanı Cabir Abdullayevin həyatı ilə bağlı süjet təqdim olunub. Süjetdən təsirlənən əməkdar artist düşüncələrini dilə gətirib: “Doğrudan da çox ağır günlərim olub. İndi hər şey gözümün qarşısından güzgü kimi keçdi. Hər bir oğulun borcudur ki, vətəni üçün əlindən gələni etsin. Özümü xoşbəxt hiss edirəm ki, bu həyat yolunu mən keçmişəm. 1993-cü ildə ailə qurdum. Amma həmin ərəfələrdə müharibə dövrü olduğuna görə, oxuya bilmədim. Demək olar ki, səsimin ən gözəl 10 ilində mahnı oxumadım”.

 

Daha sonra Zakir Əliyevin keçmişi ilə bağlı süjet göstərilib. Əməkdar artist videosunu izlədikdən sonra şad olduğunu deyib: “Videoya baxandan sonra elə bildim ki, mən həyatda yoxam, dünyamı dəyişmişəm, ona görə də süjet hazırlanıb. Ruhum çox şad oldu. Çox insanların səsi var. Amma bir ömür, tale yolu var ki, onu sənə Allah bəxş eləməlidir. Bu sənətdə tək səs əsas deyil. Davranışına fikir verməlisən”.

 

Qeyd edək ki, “Dostlar” verilişi cümə günü 22:00-da, təkrarı isə şənbə günü 17:30-da yayımlanır. Verilişin informasiya dəstəkçisi Lent.az-dır. 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

“Lider TV”-nin “Dostlar” verilişinin növbəti buraxılışı yayımlanıb. Lent.az-ın məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonağı əməkdar artistlər Cabir Abdullayev, Zakir Əliyev olub. Proqram zamanı Cabir Abdullayevin həyatı ilə bağlı süjet təqdim olunub. Süjetdən təsirlənən əməkdar artist düşüncələrini bu cür dilə gətirib: “Doğrudan da çox ağır günlərim olub. İndi hər şey gözümün qarşısından güzgü kimi keçdi. Hər bir oğulun borcudur ki, vətəni üçün əlindən gələni etsin. Özümü xoşbəxt hiss edirəm ki, bu həyat yolunu mən keçmişəm. 1993-cü ildə ailə qurdum. Amma həmin ərəfələrdə müharibə dövrü olduğuna görə, oxuya bilmədim. Demək olar ki, səsimin ən gözəl 10 ilində mahnı oxumadım". Daha sonra Zakir Əliyevin keçmişi ilə bağlı süjet göstərilib. Əməkdar artist videosunu izlədikdən sonra şad olduğunu deyib: “Videoya baxandan sonra elə bildim ki, mən həyatda yoxam, dünyamı dəyişmişəm, ona görə də süjet hazırlanıb. Ruhum çox şad oldu. Çox insanların səsi var. Amma bir ömür, tale yolu var ki, onu sənə Allah bəxş eləməlidir. Bu sənətdə tək səs əsas deyil. Davranışına fikir verməlisən”. Qeyd edək ki, “Dostlar” verilişi cümə günü 22:00-da, təkrarı isə şənbə günü 17:30-da yayımlanır. Verilişin informasiya dəstəkçisi Lent.az-dır.

# 845
avatar

Yalçın UĞUR

Oxşar yazılar