
Operada “Kənd namusu”
Aərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında özünəməxsus yer tutan Pyetro Maskanyinin “Kənd namusu” operası növbəti dəfə operasevərlərə təqdim olunub.
Teatrdan Lent.aza verilən məlumatda bildirilib ki, almaniyalı rejissor Lüdviq Baumannın quruluşunda baxılan səhnə əsərində rolları aparıcı solistlər Qərinə Kərimova, Samir Cəfərov, Taleh Yahyayev, Nina Makarova və Səbinə Vahabzadə ifa ediblər.
Xronometrajı 1 saat 50 dəqiqə olan səhnə əsəri Xalq artisti Yalçın Adıgözəlov tərəfindən idarə edilib.
Operanın əsas qəhrəmanları - öz məhəbbətinə hədsiz dərəcədə sədaqətli olan Santutsa, yüngül xasiyyətli, şıltaq Lola, ehtiraslı Turiddu və öz rəqibindən amansız qisas alan Alfiodur. Operanın İtaliya xalq mahnılarının əsasında qələmə alınmış musiqisi, əsərin kəskin süjet xəttinə uyğun olub, qəhrəmanların xarakterinin daha aydın şəkildə açılmasına yardım edir.
Oxşar yazılar

Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36