AZAL Ukraynaya uçuşları dayandırdı
31 iyul 2018 15:15 (UTC +04:00)

AZAL Ukraynaya uçuşları dayandırdı

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) Ukraynaya hava uçuşlarını oktyabrın sonuna qədər dayandırıb. Lent.az xəbər verir ki, bu barədə Azərtac-a açıqlamasında AZAL-ın Ukraynadakı nümayəndəliyinin rəhbəri Yaşar Əmirov məlumat verib.

 

Onun sözlərinə görə, Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti olan "Buta Airways”in isə sentyabrın ortalarından Ukraynaya reyslərinin sayının artırılacağı gözlənilir.

 

Hazırda isə "Buta Airways” həftənin çərşənbə axşamı, çərşənbə və cümə günləri Bakı-Kiyev-Bakı reysini həyata keçirir.

 

Y.Əmirov bildirib ki, noyabrdan AZAL-ın Ukraynaya uçuşlarının bərpası məsələsinə yenidən baxıla bilər.

 

# 612
avatar

Oxşar yazılar