Rəsmi Bakı Paşinyanın açıqlamalarına münasibət bildirdi
26 iyul 2018 19:19 (UTC +04:00)

Rəsmi Bakı Paşinyanın açıqlamalarına münasibət bildirdi

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həll edilməsində ən maraqlı tərəf Azərbaycan Respublikası və Azərbaycan xalqıdır. Hərbi təcavüzə və işğala məruz qalan tərəf kimi bu müharibədən 25 ildən artıqdır ən çox əziyyət çəkən Azərbaycan xalqıdır”. Lent.az xəbər verir ki, bu sözləriErmənistan baş naziri və onun həyat yoldaşının sülh barədə açıqlamalarını şərh edən XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib: “Ermənistanın baş naziri “Exo Moskvı” radiosuna müsahibəsində, onun xanımı isə Moskvada səsləndirdiyi təşəbbüsdə sülh istədiklərini bəyan edirlər. Əgər onlar həqiqətən sülh istəyirlərsə, onda Ermənistanın Azərbaycana qarşı davam edən müharibəsinə son qoymalı, Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan qoşunlarını çıxarmalı və öz doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasını təmin etməlidirlər. Nəticə etibarilə, işğala əsaslanan “status-kvo” dəyişdirilməli və hərbi işğal faktı aradan qaldırılmalıdır. Fundamental məsələ budur. Azərbaycan dəfələrlə bəyan edib ki, bu halda regionda davamlı sülh və sabitlik bərqərar ola bilər. ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların da məğzi və düsturu bundan ibarətdir. Amma bir tərəfdən işğalı davam etdirmək, işğal edilmiş Azərbaycan ərazilərinin ilhaqı (anneksiya) siyasətini aparmaq, yüz minlərlə məcburi köçkünün öz doğma evlərinə qayıtmasına imkan verməmək, digər tərəfdən sülhdən danışmaq qeyri-səmimi yanaşmadır və yanlış və süni ictimai təbliğatdan başqa bir şey deyil”.

 

 

XİN təmsilçisi sonda Ermənistanın yeni baş naziri və onun həyat yoldaşının bu sülh niyyətləri qeyd edilən istiqamətlərdə sözdən əmələ doğru reallaşacağına ümidvar olduğunu bildirib.

 

# 313
avatar

APA Baycan

Oxşar yazılar