225
18:35
06 İyul 2018

Əlikram xanımının qısqanclığından danışdı: "Deyir ki, eşqə düşmüsən"

Azərbaycanlı müğənni Əlikram Bayramov şəxsi həyatından söz açıb. Lent.az -ın məlumatına görə, “5/5” verilişinə qonaq olan ifaçı xanımının qısqanc olduğunu deyib. O bildirib ki, yeni mahnı yazan kimi xanımı onu sorğu-sual edir:

“Yeni mahnı oxuyan kimi, evdəki deyir "eşqə düşmüsən". Təzə mahnını gətirirəm, istəyirəm evdəkilər qulaq assın. Gözləyirəm, desin ki, qəşəngdir. Başlayır ki, kimə yazmısan, Əlikram? Kimə yazacam?”.