![XİN:[b] "Ermənistanın yeni hakimiyyətinin bu addımı hərbi avantüradır"[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
XİN:[b] "Ermənistanın yeni hakimiyyətinin bu addımı hərbi avantüradır"[/b]
Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan kütləvi informasiya vasitələrində hökumətin qərarına istinadən Ermənistanın Daxili Qoşun birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirilməsi barədə məlumatlara münasibət bildirib.
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Lent.az-a verdiyi məlumata görə, Ermənistanın yeni hakimiyyətinin bu addımı hərbi avantüradır və vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Beynəlxalq hüquqa zidd bir şəkildə Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının böyük bir hissəsi Azərbaycanın işğal olunmuş ərazilərində cəmləşdirilib: "Daxili qoşun birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirməsi Ermənistan ordusunda acınacaqlı vəziyyətin və şəxsi heyətin komplektləşdirilməsində üzləşdiyi ciddi problemlərin əyani göstəricisidir.
Bununla bərabər, ölkənin üzləşdiyi sosial-iqtisadi problemlərin həllində ciddi çətinliklərlə üzləşən Ermənistanın populist rəhbərliyi bu kimi gərginlik abu-havası və hərbi ritorika ilə ictimai rəyi manipulyasiya etməyə və öz reytinqini saxlamağa çalışır.
Öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmaq əvəzinə Ermənistanın Daxili qoşun birləşmələrini də Azərbaycanın işğal olunmuş ərazilərinə dislokasiya etməsi Ermənistan işğalçı dövlət olduğunu və rəsmi Yerevanın münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını növbəti dəfə açıq şəkildə nümayiş etdirir".
H. Hacıyev qeyd edib ki, yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.
Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48