160
15:38
27 İyun 2018

Roza İlhamə arasında olan qalmaqal məhkəməlik oldu

Müğənni Roza Zərgərli bu gün proqramına qonaq olub. “Qafqazinfo” xəbər verir ki, verilişdə Rozanın "Maşın"da aparıcı İlhamə Bədəlova arasında yaşanan qalmaqalı müzakirə olunub.

“Maşın” şouda müğənni Roza Zərgərli ilə aparıcı İlhamə Bədəlova arasında olan qalmaqal tükənmək bilmir. Lent.az -ın məlumatına görə, bu gün “10-dan sonra” verilişinə qonaq olan R.Zərgərli bildirib ki, yarışma zamanı aparıcıya dediyi sözlərə görə üzr istəmək niyyətində deyil: “İşdən qovulan şəxs mənə başqa, ona başqa sözlər deyir. İkili oynayır. Faktlar, sübutlar və şahidlər var. Mən haqlı danışıram. Məhkəmə səviyyəsinə çatsa, o şəxs kənara addım ata bilməz. Mən görmədiyim şeyi danışmaram. Səhhətində problem olan insanın üstünə çox gedə bilmərəm. Onunla hər yerə mən getmişəm. Məndə səsyazısı var ki, həmin insan deyir boş ver”.

Onu da əlavə edək ki, veriliş zamanı aparıcı Yusif Ağayev R.Zərgərliyə bildirib ki, İ.Bədəlova onu məhkəməyə verəcək.

Qeyd edək ki, R.Zərgərli “Maşın” şouda İ.Bədəlovaya “Xəstə olduğu üçün işçini qovmusan” demişdi.