86
10:27
10 İyun 2018

Prezident iki ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Bolqarıstanın Azərbaycanda yeni təyin olunmuş səfiri ilə görüşüb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı Bolqarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolay Hristov Yankovun etimadnaməsini qəbul edib.

Bundan başqa dövlət başçısı Perunun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mariya Milaqros Kastanyon Seoanenin də etimadnaməsini qəbul edib.