![[b]“Ələt azad iqtisadi zonası haqqında” qanunun tətbiqi barədə fərman imzalandı[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]“Ələt azad iqtisadi zonası haqqında” qanunun tətbiqi barədə fərman imzalandı[/b]
Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.
Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, fərmanda qeyd edilir ki, Nazirlər Kabineti: Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilir ki, “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci, 1.0.5-ci, 2-ci, 5.0-cı, 6.2.11-ci, 7.1-ci maddələrində, 7.4-cü maddəsinin birinci və ikinci cümlələrində və 19.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
Ədliyyə Nazirliyinə tapşırılır ki, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin.
Oxşar yazılar
Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00