107
10:07
30 May 2018

"Bu tendensiyalar neftin qiymətinin 80 dollaradək artmasına rəvac verib" - Nazir

“Cari neft qiymətlərindəki dəyişiklik oxşar tarixi analogiyalarla üst-üstə düşür”.

APA -Economics”in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən “Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransında çıxışı zamanı bildirib.

“Bildiyiniz kimi neft qiyməti müxtəlif geosiyasi reallıqlara və çevrəyə müəyyən təsir effekti törədir. Cari geosiyasi tendensiyalar və verilən müəyyən siyasi qərarlar, eləcə də dünyanın məhz neft sənayesinin mühüm çəkisi olan ölkələrində müxtəlif münaqişə və rəqabət də neftin qiymətinin 80 dollaradək artmasına rəvac verib. Buna baxmayaraq vəziyyət tam dayanıqlı deyil. Neft hasil edən ölkə ixracatçılara kifayət qədər cəlbedici olsa da, məhz bu, qlobal iqtisadi indikatorlarla müəyyənləşir. Artıq ABŞ-ın, Avropanın artan, Çinin böyüyən iqtisadiyyatı, təbii ki, artan səviyyədə neft istehlakçıları tələbatlarını artırmaqdadır. Bununla belə neft qiymətlərinə təsir edən bu göstəricilər tədricən baş verməkdədir”, - deyə P. Şahbazov vurğulayıb.

APA