45
02:28
18 May 2018

Dövlət Departamenti Türkiyənin qərarını şərh etdi

Ankaranın Vaşinqtondakı səfirini geri çağırmaq qərarı heç də ABŞ-Türkiyə münasibətlərinin zəifləməsi demək deyil, Ankara mühüm tərəfdaş olaraq qalmaqdadır. APA -nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert bildirib.

“Biz Türkiyənin səfirini geri çağırmaq qərarından məlumatlıyıq. Bu Türkiyənin qərarıdır, bu cür addım atmağa onun hüququ var. Mən hesab etmirəm ki, bu Türkiyə hökuməti ilə əlaqələrimizi zəiflədəcək. Onlar NATO üzrə çox mühüm tərəfdaş olaraq qalmaqdadır ”, - deyə Hizer Nauert bildirib.