37
17:12
16 May 2018

"Sanksiya qərarı başdan-ayağa qərəzlidir" - Səməd Seyidov

“Azərbaycan nümayəndə heyətini heç kimAvropa ŞurasıParlament Assambleyasından uzaqlaşdıra bilməz. Çünki qurumda nümayəndə heyətini Azərbaycan özü müəyyən edir”.

APA -nın məlumatına görə, bunu AzərbaycanMilli MəclisininAŞPA-da nümayəndə heyətinin rəhbəriSəməd Seyidovona qarşı qurum tərəfindən tətbiq olunan sanksiya ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, sanksiya qərarı Azərbaycana qarşı ikili standartların təzahürüdür: “Bu, təzə hadisə deyil. Dəfələrlə o qurumda Azərbaycana qarşı ikili standartların şahidi olmuşuq. Ona görə də sanksiya qərarının heç bir əsası yoxdur, başdan ayağa qərəzliidir”.

S. Seyidov bildirib ki,AŞPA-da Ermənistana qarşı fərqli münasibət var: “Ermənistanda keçmiş hakim rejimlə bağlı daim müsbət fikir ifadə edirdilər. Amma nə oldu? Ermənilər özləri həmin rejimi tarixin zibilliyinə atdı. Əlbəttə,AŞPAiçində sağlam qüvvələr var, amma bəzi şəxslər qərəzli çıxış edirlər. Onlar AzərbaycanıAŞPA-dan uzaqlaşdırmaq istəyirlər. Bu, sanksiya da buna xidmət edir”.

APA