158
11:29
15 May 2018

Murad Arif - "Gedək Oppalara"

Müğənni-bəstəkar Murad Arif yeni mahnısını təqdim etməyə hazırlaşır.

Lent.az -ın məlumatına görə, sənətçi ilk dəfə özü yazmadığı bəstəni oxuyub. "Gedək Oppalara" adlana bəstə ərəb mahnısıdır və müəllifin icazəsi ilə oxunub.

Sözügedən mahnı Ramil Nabranla duetdir. Muradın dediyinə görə,mahnı çox seviləcək:

"Mahnıya 4 gün, 4 gecə klip də çəkilib. Bir sözlə, bu yayın 1 nömrəli hitini yaxın günlərdə, kliplə bərabər izləyəcəyik. Klipin rejissoru Emin Muradov,operatoru Delee Oruclu, layihənin produseri isə Samir Ələskərovdur".

Fotoların müəllifiZaur Zamandır.