Müğənni Nadir Qafarzadə həmkarları Əli Mirəliyevin müdafiəsinə qalxıb. Lent.az-ın məlumatına görə, ifaçı “Səhər-səhər verilişində bildirib ki, gənc müğənnilər Ə.Mirəliyevin üzünə ağ olur və bu da onun xoşa gəlmir:
	
	
	
	“Əli Mirəliyevi lağa qoyan müğənnilər, gedin qanqalınızı otlayın, adam olanda gələrsiniz. Mən qıcıqlanıram. Şəxsən yolda görsəm, tutub səni boğub öldürərəm. Ağsaqqal kişidir, utanmırsınızmı onun üzünə ağ olursunuz?! Ölüb-yerə girmirsən?! Mən Əli Mirəliyevi görəndə qorxuram ki, addımımda səhv tutar”.
 
                 
                             
    