[b]“Heydər Əliyev əsl lider olduğunu nümayiş etdirib” - Spiker[/b]
10 may 2018 12:21 (UTC +04:00)

[b]“Heydər Əliyev əsl lider olduğunu nümayiş etdirib” - Spiker[/b]

“Hər dövr öz şəxsiyyətini yaradır. Dövlətimizin müstəqilliyi Heydər Əliyevin sayəsində qorunub”.
 
 
 
APA-ın məlumatına görə, bunu bu gün Milli Məclisin Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xüsusi iclasında spiker Oqtay Əsədov söyləyib.
 
 
 
O. Əsədov bildirib ki, Heydər Əliyev bütün dövrlərdə xalqın ümidlərini doğruldub, əsl lider olduğunu nümayiş etdirib:  “SSRİ-də ən geridə qalmış ölkə olan Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə inkişaf edib. Heydər Əliyevin sayəsində Azərbaycan dili dövlət kimi Konstitusiyada əksini tapıb.  SSRİ-nin müxtəlif şəhərlərinə gənclərimiz ali təhsil almağa göndərilib. Heydər Əliyev SSRİ Nazirlər Kabinetində çalışarkən də Azərbaycan üçün çox şey edib. 1987-ci ilin oktyabrında Heydər Əliyev SSRİ-də hakimiyyətdən uzaqlaşdırılandan sonra isə Azərbaycanın faciələri başladı”.
 
 
 
O. Əsədov 1990-cı illərin əvvəlində rəhbərliyin təcrübəsizliyi, naşılığı səbəbindən Azərbaycanın müstəqilliyinin təhlükə altına düşdüyünü qeyd edib : “Xalq Cümhuriyyətinin müstəqilliyini qorumaq mümkün olmasa da, Azərbaycanın ikinci dəfə əldə etdiyi müstəqilliyi qorumaq məhz Heydər Əliyevin sayəsində mümkün olub. Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçildi, ölkənin ictimai-siyasi həyatı üçün çox mühüm qərarlar qəbul edildi. Heydər Əliyevin xilaskarlıq missiyasında ilk addım ölkəni parçalanmaqdan qorumaq olub. Milli Ordumuz gücləndirildi, Azərbaycanla silah dilində danışmağın mümkün olmadığı ortaya qoyuldu və atəşkəs müqaviləsi imzalandı”.
 
 
 
“Əsrin müqaviləsi”nin imzalanması və neft kəmərlərinin çəkili ilə iqtisadi tənəzzülə son qoyulduğunu bildirən Milli Məclisin sədri qeyd edib ki, 1995-ci ildə Konstitusiyanın qəbul edildiyini bildirib: “Şərq aləmində ilk dəfə ölüm cəzası ləğv edildi. Eyni zamanda siyasi partiyaların fəaliyyəti üçün şərait yaradıldı, azərbaycançılıq milli ideologiyaya çevrildi. Dünyanın müxtəlif ölkələrində diaspor təşkilatları yaradıldı”.a
# 234
avatar

APA Baycan

Oxşar yazılar