Azərbaycanın xalq artisti Fuad Poladov dəfn olunub.
APA-nın xəbərinə görə, mərhum sənətkarla vida mərasimi başa çatandan sonra cənazə namazı qılınıb.
Fuad Poladov Bakıdakı "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.
***
10:48
Azərbaycanın xalq artisti Fuad Poladovla vida mərasimi keçirilir.
APA-nın xəbərinə görə, mərhum sənətkarın yaşadığı binanın həyətində yas çadırı qurulub. Vida mərasimində teatr və kino xadmiləri, ictimaiyyət nümayəndələri iştirak edir. Ailəsindən bildirilib ki, vida mərasimi 14.00- dək davam edəcək.
Mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
F. Poladov vida mərasiminin evində keçirilməsini və "Qurd qapısı" qəbiristanlığında dəfn olunmasını özü vəsiyyət edib.
***
09:03
Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
Azərbaycanın xalq artisti Fuad Poladov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
Ailəsindən Lent.az-a verilən məlumata görə, o, dünən gecə dünyasını dəyişib. Xalq artisti uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi. Mərhumun nəşi saat 1-də evindən götürüləcək.
Allah rəhmət eləsin!