241
17:04
02 May 2018

Nadir Qafarzadə xanımı barədə yazdı: “25 ildir ki...”

Müğənni Nadir Qafarzadə evliliyinin 25 illiyini qeyd edib. Lent.az -a açıqlama verən ifaçı bildirib ki, özəl gününü elə də təmtəraqlı şəkildə qeyd etmək niyyətində deyil: “Artıq evliliyimizdən 25 il keçdi. Taleyimə belə gözəl qəlbli qadın çıxdığına görə hər zaman Allahıma şükür edirəm. Acılı, şirinli, keşmə-keşli həyat yolunu mənlə birgə addımladığına görə, xanımıma sonsuz təşəkkür edirəm. Hər zaman demişəm ki, o mənə mənəvi analıq edən anadır. Bu sözümü də hər kəs bir cür anlayır. Amma arif insanlara bir söz yetər. Bu gün bəziləri deyir ki, “mən ailəmi sənətimə qurban verdim”. Bu məndə əsla belə olmadı. Mənim üçün ailə hər şeydən öndədir. Ailəmi üstün tutduğum üçün Allah daim mənim yolumu açıq etdi, ruzumu yetirdi. Çox şadam ki, 1993-cü ildə qurduğum bu evlilikdən cəmiyyətə layiqli, yararlı bir övlad dünyaya göz açdı. Hər kəsə belə gözəl ailə nəsib olsun”.

Qeyd edək ki, Sevinc adlı xanımla ailəli olan N.Qafarzadənin 2 oğlu var.