<b>Xalq artistinin səhhətində problem yarandı </b>- Müalicəsini Zaur etdirəcək
01 may 2018 12:17 (UTC +04:00)

Xalq artistinin səhhətində problem yarandı - Müalicəsini Zaur etdirəcək

Gitara ifaçısı, xalq artisti Rəmişin (Rafiq Hüseynov) səhhətində problem yaranıb.  Lent.az-ın məlumatına görə, xalq artisti “Bizimləsən” verilişində deyib ki, hansı xəstəlikdən əziyyət çəkdiyini bilmir: ”Dünyanın bir neçə ölkəsini gəzdim, dəqiq diaqnoz qoyan olmadı. 10 pilləkən qalxıram, təngənəfəs oluram.  Buna görə də toya da getmirəm. Xəstəliyimə hələ dəqiq diaqnoz qoyan olmayıb. Biri deyir astmadı, digəri də deyir bronxdur. Bir həkim bizi başqa, o biri həkim də digər aptekə yönləndirir. Ancaq pulum dərmanlara çıxır”.

 

Xalq artistinin sözlərindən sonra aparıcı Zaur Baxşəliyev bildirib ki, Rəmişin müalicə xərclərini öz öhdələrinə götürəcəklər: “Rəmiş müəllimin nəyi varsa, biz yoxlatdıracağıq. Narahat olmayın”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 617

Oxşar yazılar