
Qüdrət Həsənquliyev partiyada yeni təyinatlar edib
0
0
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev İcra Aparatının formalaşdırılması ilə bağlı yeni sərəncamlar imzalayıb.
Partiyadan Lent.az-a daxil olan məlumata görə, sərəncamlara əsasən, Elçin Mirzəbəyli ictimai-siyasi əlaqələr, Niyaməddin Orduxanlı təşkilati işlər, Bünyamin Qəmbərli isə dünya azərbaycanlıları və türk dünyası ilə əlaqələr üzrə katib (müavin) vəzifəsinə təyin olunub.
0
0