Aparıcı Elgiz Əkbər türkiyəli müğənni Kibariyə haqqında danışıb. Lent.az-ın məlumatına görə, aparıcı “Səhər-səhər” verilişində deyib ki, Kibariyəyə qulaq asanda ağlayır: “Bu insan sənətkardır. Ondan müsahibə götürəndə, ağzım əyildi. Dedim, bəlkə yalnışlıqla belədir. O, indi də oxuyanda mən ağlayıram”.
Bu mövzuya biganə qalmayan proqramın digər aparıcısı müğənni Əli Mirəliyev Elgizə “Həyatda necədir?” deyə sual verib. Aparıcı isə “Mənim nəyimə lazımdır, həyatda necədir, sənəti olsun” deyə, cavab verib.
Ə.Mirəliyev isə Kibariyəni sevmədiyini söyləyib və üzünü verilişin qonağı olan aşıq Telli Borçalıya tutaraq bunları söyləyib: “Baxıram Telliyə, yaşamaq istəyirəm. Amma Kibariyəyə baxanda, ölmək istəyirəm”.