69
11:55
18 Aprel 2018

İlham Əliyev və ailə üzvləri Bayraq Meydanında olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında olublar.
Lent.az -ın AzərTAC-a istinadən xəbərinə görə, fəxri qarovul dəstəsinin rəisi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.
Dövlət başçısı əsgərləri salamlayıb.
Azərbaycan Respublikasının dövlət himni səslənib.
Azərbaycan Respublikası Prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının şərəfinə yaylım atəşi açılıb.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçısının qarşısından keçib.
Sonda xatirə şəkli çəkdirilib.