Məşhur Hollivud aktrisası vəfat etdi
24 fevral 2018 06:13 (UTC +04:00)

Məşhur Hollivud aktrisası vəfat etdi

Hollivudun tanınmış aktrisa və müğənnisi Nanett Fabrey 97 yaşında dünyasını dəyişib.

 

APA-nın məlumatına görə, bu barədə “The New York Times” xəbər verib.

 

Nanett Fabrey Kaliforniyada öz evində keçinib. 60-a yaxın filmdə çəkilən aktrisa son dəfə 2009-cu ildə rol alıb. N.Fabrey karyerası ərzində üç “Emmi” və “Tonu” mükafatlarına layiq görülüb.

 

1960-ci ildə aktrisanın adı “Hollivud Məşhurlar Xiyabanı”nda həkk olunub.  1986-cı ildə isə  N. Fabrey ABŞ kino aktyorlarının Qildiya mükafatına layiq görülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 473

Oxşar yazılar