Bir müddət öncə azadlığa çıxan müğənni Emil Rəhmanov şəxsi həyatından danışarkən müzakirələrə səbəb olacaq açıqlama verib. Lent.az-ın məlumatına görə, “Səhər-səhər” verilişinə qonaq olan ifaçı bildirib ki, 5 dəfə ailə qura bilər: "Bu söhbət çox gəzir. Mən artıq bu məsələyə aydınlıq gətirmək istəyirəm. 2 dəfə ailəli olmuşam, atalar 3-dən deyib. Amma bunu da o vaxtı deyiblər. İndi 5 də olar”.
Xatırladaq ki, E.Rəhmanov “APA TV”-nin “Show time” verilişində qonaq olarkən 2-ci həyat yoldaşından ayrıldığını açıqlayaraq bu sözləri demişdi: “Ayrıldıq, amma keçmiş xanımım övladımı mənə göstərmir. Azadlığa çıxdlqdan sonra övladımı görməmişəm. Amma görəcəm”.
Qeyd edək ki, E.Rəhmanov əməkdar artist Rəhman Rəhmanın oğludur.