Türkiyənin məşhur müğənnisi Kənan Doğulu ilə evli olan Beren Saat ana olmağa hazırlaşır. Lent.az-ın gecce.com.tr-yə istinadən verdiyi məlumata görə, bu barədə “Söylemezsem olmaz” verilişində məlumat verilib.
Bildirilir ki, serial və kino ulduzu iki aylıq hamilədir. Xəbəri Berenin əri olan Kənan Doğulunun yaxın dostu təsdiqləyib.