Tanınmış gitara ifaçısının oğlu beynəlxalq müsabiqədə qalib oldu - <span style="color:red;">FOTO
08 dekabr 2016 14:21 (UTC +04:00)

Tanınmış gitara ifaçısının oğlu beynəlxalq müsabiqədə qalib oldu - FOTO

Tanınmış gitara ifaçısı Rəhman Məmmədlinin oğlu, bəstəkar Tural Məmmədli Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq “Nevskoe Siyanie” müsabiqəsinin qalibi olub. Bu barədə Lent.az-a T. Məmmədlinin özü məlumat verib: “Müsabiqəyə 9 ölkədən 55 iştirakçı qatılmışdı. Fortepiano üçün müəllifi olduğum “Sükutun səsi” adlı əsərim 1-ci yerə layiq görüldü. Eləcə də müsabiqənin ən yaxşı əsəri adını qazandı. Qalib olandan sonra münsiflər və yarış iştirakçıları, şəxsən ermənilər də məni təbrik etdi. Məni təbrik edən hər kəsə minnətdaram”.

 

Qeyd edək ki, sözügedən müsabiqədə birincilik uğrunda Azərbaycanla yanaşı, Rusiya, Ermənistan, Cənubi Osetiya, Finlandiya, Hindistan, Yaponiya, Tacikistan, Başqırdıstandan olan iştirakçılar mübarizə aparıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 640

Oxşar yazılar